PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > Press

“Park Residence Mingəçevir”-in inşası başa çatmaq üzrədir

“Park Residence Mingəçevir” premium səviyyəli yeni yaşayış binası şəhərin mərkəzi hissəsində, İslamzadə və Füzuli küçələrinin kəsişməsində, Kür çayının bir addımlığında inşa edilir. Tikintisinə 2013-cü ilin dekabrında başlanılan kompleksin inşası başa çatmaq üzrədir və bu ilin üçüncü rübündə yekunlaşması nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “AS Group İnvestment” şirkətindən bildiriblər.

Hazırda binanın fasadında suvaq işləri görülür. Kommersiya obyektləri üçün nəzərdə tutulmuş iki mərtəbədə fasad işlərinə və kərpicin hörülməsinə başlanılıb. Yaşayış binasının daxili ərazisi tullantılardan təmizlənir.

Yüksək standartlara uyğun 12 mərtəbəli yaşayış kompleksinin inşasında monolit dəmir-beton karkas və odadavamlı kərpiclərdən, həmçinin istilik, səs və hidroizolyasiya materiallarından istifadə olunub ki, bu da enerjiyə qənaət edilməsi baxımından çox əhəmiyyətlidir.

Layihəyə əsasən sakinlər üçün yüksək keyfiyyətli xidmət və təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə və konserj xidməti, eləcə də yeraltı avtomobil dayanacağı fəaliyyət göstərəcək.

azertag.az