PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > Press

“AS Group Investment” Portuqaliya şirkəti ilə yeni layihənin konsepsiyasını işləyib

“AS Group Investment” şirkəti bu günlərdə Portuqaliyanın “Sonae Sierra” korporasiyası ilə sıx əməkdaşlıq çərçivəsində “Renessans Palace” yaşayış kompleksində kommersiya obyektlərinin konsepsiyasının işlənməsini başa çatdırıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Renessans Palace” yaşayış kompleksi Bakıda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında inşa olunur.

“AS Group İnvestment” şirkətinin strateji inkişaf və marketinq departamentinin rəisi Elçin Niyazovun sözlərinə görə, “Sonae Sierra” şirkətinin mütəxəssisləri araşdırmalar apararaq, kommersiya obyektlərinin logistikasını, profilini və sahəsini müəyyən ediblər. Nəticədə, optimal konsepsiya “Renessans Palace”ın memarlığının layihələndirilməsini həyata keçirən təşkilata təqdim olunub.

Məlumata görə, bu “AS Group Investment”in “Sonae Sierra” ilə geniş əməkdaşlıq etdiyi ilk layihə deyil. Bundan əvvəl şirkətlər “AS Group İnvestment”in Gürcüstanın paytaxtı Tbilisi şəhərində inşa etdiyi çoxprofilli “DIRSI” yaşayış kompleksi çərçivəsində “DIRSI Mall” ticarət mərkəzinin inkişaf konsepsiyasının işlənməsində birgə əməkdaşlıq ediblər.

“Sonae Sierra” unikal ticarət mərkəzlərinin yaradılması sahəsində böyük təcrübəyə malikdir. Hazırda korporasiya bazar qiyməti 6 milyard avro və ümumi sahəsi 1,9 milyon kvadratmetr olan 46 ticarət mərkəzinin mülkiyyətçisidir.

 

azertag.az