PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > Press

İpoteka faizindən də aşağı faizlə mənzil krediti - 4,75%

ipotekapr “Park Residence”-də yerləşən premium-klass mənzillərə verilən 5 illik kredit Mingəçevirdə görünməyən maraq yaradıb.

Tikinti-developer fəaliyyəti sahəsində regionun lideri – “AS Group İnvestment” Şirkətlər Qrupu bu dəfə öz ənənəvi “keyfiyyətli və əlçatan!” prinsipini Mingəçevir şəhərində tətbiq edərək, bu şəhərin daşınmaz əmlak bazarında ilk dəfə olaraq çox sərfəli şərtlərlə mənzil satışının anonsunu verib.

Diqqəti çəkən isə budur ki, təkliflə maraqlananların arasında yalnız Mingəçevirlilər deyil, həmçinin Bakı şəhərinin sakinləri də var. “AS Group İnvestment”-in inşa etdiyi premium-klass “Park Residence” yaşayış binasının ətrafında yaranan böyük marağın sirri nədədir?

Şirkətdən verilən məlumata görə, bunun əsas səbəblərdən biri Mingəçevirin Azərbaycanın ən perspektivli şəhərlərindən biri olmasıdır. Mingəçevir öz iqtisadi potensialına və əhalinin sayına görə, Azərbaycanın 4-cü şəhəri hesab olunur. Bu ilin fevralında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1,3 ha ərazidə Mingəçevir yüksək texnologiyalar parkının yaradılması haqqında fərman imzaladı. Baş nazir Artur Rasizadə tərəfindən təsdiq olunan qərarla, Mingəçevir yüksək texnologiyalar parkının rezident-müəssisələrinin istehsal prosesində istifadə olunacaq idxal məhsulları gömrük rüsumlarının ödənilməsindən azad olundu. Proqnoza əsasən texnoparkda 2 mindən çox insan işləyəcək.

Ekoloji tərəfdən ən təmiz şəhərlərdən biridir. Bu energetiklər şəhərinin yeganə özəlliyi deyil. Kür çayının su elektrik stansiyasından Varvara su ambarına kimi hissəsi (təxminən 10 km məsafə) Avropada ən uzun təbii avarçekmə kanalı hesab olunur. Burada birinci Avropa oyunları çərçivəsində avarçekmə üzrə yarışlar keçirildi, bundan əlavə hər il President Kuboku - akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq yarış keçirilir.

Şirkətlər Qrupu 5 ilə dək kreditlə mənzil satışı kampaniyası Mingəçevirin daşınmaz əmlak bazarı üçün unikal bir haldır. Belə ki, şəhərdə təklif olunan kreditin orta müddəti 2 ildir. 5 illik kredit aşkar üstünlüklərə malikdir – alıcılar məbləği 60 ödənişə bölməklə, aylıq ödənişi nəzərəçarpacaq dərəcədə azalda bilərlər.

İlkin ödəniş cəmi 20% təşkil edir. İlkin ödənişin minimum səviyyədə olması (Mingəçevirdə orta göstərici 30%-dir) yeni mənzili daha da əlçatan edir.

İllik faiz dərəcəsi ipotekadan daha ucuzdur – cəmi 4,75%! Minimal illik faiz dərəcəsi (cəmi 4,75%) “Park Residence”-də mənzili böyük mənfəətlə almağa imkan yaradır. Digər şirkətlərin təklif etdiyi kommersiya ipotekasının illik minimal faiz dərəcəsi 10%-dən başlayır. “Park Residence”-in təklifində isə 5 il ərzində mənzilin ilkin dəyərinə cəmi 10% əlavə vəsait ödəmək lazımdır. Belə ki, 5 illik kreditlə bir kvadrat metrin qiyməti 660 manat təşkil edəcək. Mənzilin qiymətinin fəal artdığı bir müddətdə bu təklif xüsusilə sərfəlidir – 2012-ci ilin payızından 2015-ci ilin payızına kimi Azərbaycanda daşınmaz əmlakın qiyməti orta hesabla 56-80% artmışdır.

Təklif olunan bina bu ilin sonuna təhvil veriləcəkdir. Gələn ilin əvvəlində “Park Residence” yaşayış binasının sakinləri artıq təmirə başlayacaqlar.

Yuxarıda sadalanan üstünlüklər “Park Residence”-də mənzilin alınmasını əla sərmayə yatırımına çevirir.

Qeyd etmək lazımdır ki, “Park Residence” Mingəçevirdə yerləşən yeganə tikilidir ki, “premium” klassın bütün tələblərinə cavab verir:

- şəhərin ekoloji cəhətdən ən təmiz və prestijli rayonunda, İslamzadə və Füzuli küçələrinin kəsişməsində yerləşir.

- uşaq və idman meydançası olan böyük parkda, sahilkənarı parkdan 50 metrlik məsafədə yerləşir

- mənzillərdən Kür çayına və şəhərə əla mənzərə açılır

- böyük və rahat mənzillərdə tavanın hündürlüyü 3,3 metrə çatır

- binanın fasadı, Qərbdə premium-klass mənzil alıcılarının böyük önəm verdiyi neoklassik üslubda tərtib olunub

Bütün bunları nəzərə alaraq, “AS Group İnvestment”-in mütəxəssisləri Mingəçevirin və Azərbaycanın digər şəhərlərinin sakinlərinin “Park Residence”-də mənzil satışına göstərdiyi böyük marağa təəccüblənmir. Çox sərfəli şərtlərlə 5 illik kredit” kampaniyası çərçivəsində təkliflərin sayı və müddəti məhduddur.

marja.az

bizimyol.info

1news.az