PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > Press

2015-ci ildə Mingəçevirin mənzil bazarında vəziyyət

mgch“AS Group İnvestment” Şirkətlər Qrupu yanında strateji araşdırmalar mərkəzi ölkənin daşınmaz əmlak bazarında araşdırmaları davam etdirir. Bu dəfə mərkəz Mingəçevir daşınmaz əmlak bazarını araşdırıb.

Neftin qiymətinin nəzərəçarpacaq dərəcədə düşməsi ilə əlaqədar olaraq 2015-ci il Azərbaycanın yaşayış tipli daşınmaz əmlak bazarı üçün qiymət enməsi ilə yadda qaldı.

Azərbaycanın iri şəhərlərində qiymət dinamikası paytaxt daşınmaz əmlak bazarı ilə təqribən eynidir. Belə ki, Mingəçevirdə bir kvadrat metrin qiyməti manat ifadəsində 7%, ABŞ dolları ifadəsində isə 55% düşmüşdür. Əgər 2015-ci ilin yanvar ayında bir kvadrat metrin qiyməti 705 manat idisə, ilin sonuna qiymət 656 manat təşkil etmiş, və ya dollar ifadəsində müvafiq olaraq 903 və 410 dollar olaraq qiymətləndirilmişdir. Burada qeyd etmək lazımdır ki, qiymət fərqi yerləşmədən, binanın və mənzilin vəziyyətindən və tipindən asılıdır. Bir kvadrat metr üçün 656 manat köhnə tikililərdə yerləşən orta və daha aşağı təmirli mənzillərin qiymətidir. 2015-ci ilin 4-cü rübündə Mingəçevirdə “ən bahalı kvadrat metr” – 1039 manat Maqomayev küçəsində (şəhərin mərkəzində), 12-mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən təmirsiz mənzildə qeydə alınmışdır. “Ən ucuz kvadrat metr” şəhərin kənarında, Mehdi Hüseyin küçəsində, 5-mərtəbəli binanın 5-ci mərtəbəsində (Leninqrad layihəsi) yerləşən mənzildə qeydə alınmışdır – 476 manat. 2015-ci ilin 4-cü rübündə satışa çıxarılan mənzillərə əsasən:

• otaqların ortalama sayı – 3. Bu göstərici 2015-ci il üçün aktual olmuşdur.

• orta sahə – 68,5 m2, ümumilikdə 2015-ci il üçün orta göstəricidən fərqlənmir

• orta qiymət – 45 548 manat, halbuki 1-ci rübdə bu rəqəm 49 083 manat təşkil etmişdir.

Ümumilikdə Mingəçevirdə daşınmaz əmlakın köhnəlməsini nəzərə alsaq, yeni və köhnə binalarda yerləşən mənzillərdə qiymət fərqinin 2,2 dəfəyə çatması anlaşılandır. Əslində bu fərq müasir tələblərə cavab verən yeni mənzilə aktual tələbin olduğunu göstərir.

Amma bu fərqə mənzil alıcısı ehtiyatla yanaşmalıdır. Belə ki, yeni tikililərdə təklifin az olmasına baxmayaraq, burada daha sərfəli variantlar da rast gəlinir. Kür çayına gözəl mənzərə açılan, yeni “Park Residence” yaşayış binasında 2 illik daxili kredit zamanı bir kvadrat metrin qiyməti 600 manatdan başlayır. Halbuki bina şəhərin prestijli yerində, bulvarın bir addımlığında, parkın içində, Füzuli və İslamzadə küçələrinin kəsişməsində yerləşir.

Müqayisə aparan zaman, nəzərə almaq lazımdır ki, yeni tikililərdə təmir köhnə tikililərə nisbətən daha ucuz başa gəlir. Əgər köhnə tikililərdə əvvəl söküb sonra təmir etmək lazımdırsa, yeni tikililərdə yalnız təmir etmək lazımdır. Bu isə eyni səviyyəli təmiri təqribən 20-30% ucuzlaşdırır. Köhnə binalarda artıq istismar dövrünü başa çatdırmış kommunikasiyaların da təmirə ehtiyac olduğunu nəzərə almaq lazımdır.

Mənzillərin satış şərtlərinə də xüsusi önəm vermək lazımdır. Əgər təkrar bazardakı mənzillər 100% ödənişlə satılırsa, yeni tikililərdəki mənzilləri hissəvi ödəniş vasitəsilə də əldə etmək olar. Mingəçevirdə hissəvi ödənişin orta müddəti 2 ildir. “Park Residence”-də isə alıcılara 5 ilədək daxili kredit təklif olunur. İlkin ödənişə əsasən də «Park Residence» ən sərfəli şərtlər təklif edir – cəmi 20%, halbuki şəhər üzrə ilkin ödəniş 30%-dən başlayır.

Maraqlısı budur ki, 5 illik hissəvi ödəniş zamanı “Park Residence”-də 5-ci mərtəbədə yerləşən 2-otaqlı mənzilin bir kvadrat metrinin qiyməti 660 manat təşkil edir ki, bu da köhnə tikililərdə 100% ödənişlə təklif edilən mənzillərdə bir kvadrat metrin qiyməti ilə eynidir. 2-illik hissəvi ödəniş zamanı bir kvadrat metrin qiyməti daha aşağıdır – cəmi 600 manat. Kreditlərin rəsmiləşdirilməsi üçün yalnız şəxsiyyət vəsiqəsi lazımdır.

İnsanların daha yaxşı şəraitdə yaşamağa can atması yeni tikililərə olan tələbatı ilbəil artırır. Əgər Mingəçevirdə yerləşən yeni və köhnə tikililərdə mənzillərin qiymətini, satış şərtlərini və vəziyyətini müqayisə etsək, şübhəsiz yeni tikililər daha sərfəli variantdır.

İstənilən halda Mingəçevir paytaxtın mənzil bazarından yeni tikililərin daha az olması ilə fərqlənsə də, burada mənzil seçimi kifayət qədər genişdir.

KİV haqqımızda:

marja.az

fins.az

1news.az

bizimyol.info