PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > Press

Daşınmaz əmlak ən sərfəli investisiya alətidir

in Bu yaxınlarda KİV-lərdə Avstraliyalı 30 yaşlı milyoner Natan Berç haqqında maraqlı məlumat dərc edildi. O, ümumi dəyəri 50 milyon dollar olan daşınmaz əmlakın kirayəsindən ildə 3,5 milyon dollar gəlir əldə edir. İlk mənzilini Natan Berç 18 yaşında 248 min dollara Sidney yaxınlığında alıb. Prian.ru portalının “Yahoo News” istinadən yaydığı xəbərə əsasən Natan Berç bu zaman ildə 30 min dollar qazanırdı.

Natan Berç investorlara daşınmaz əmlakı orta bazar qiymətindən daha aşağı qiymətə, artım və inkişaf potensialı olan rayonlarda almağı tövsiyə edir.

Azərbaycanlı sərmayəçilər üçün Berçin tövsiyələrinin tətbiqi qeyri-real görsənə bilər. Azərbaycanda artıq stereotip formalaşıb ki, perspektivli ərazidə keyfiyyətli mənzilə əlverişli qiymətlərlə sahib olmaq mümkün deyil. Bu yaxınlarda yayımlanan məqalədə “AS Group İnvestment” Şirkətlər Qrupu artıq qeyd etmişdir ki, mənzilin şəhər kənarında yerləşməsi heç də onun ucuz olmasına və ya şəhər mərkəzində yerləşməsi baha olmasına dəlalət etmir. Belə ki, mərkəzə yaxın yerləşən “Renessans Palace” Yaşayış Kompleksində qiymətlər premium seqmentin orta qiymətindən daha aşağıdır.

Natan Berçin yuxarıda qeyd edilən tövsiyələrini yaşayış tipli daşınmaz əmlak alanların əksəriyyəti rəhbər tutur. Daşınmaz əmlak əməliyyatlarında varlanan Donald Tramp da bunu tövsiyə edir. Onun sözlərinə görə varlı insanlar sərvətinin əksər hissəsini məhz daşınmaz əmlaka yatırıb. Təsadüfi deyil ki, “Savills”-in qiymətləndirməsinə görə qlobal daşınmaz əmlakın dəyəri 217 trilyon dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu günədək hasil edilən qızılın cəmi dəyəri 6 trilyon dollardır.

Natan Berçə görə, daşınmaz əmlak almaq üçün yalnız sərfəli qiymətlər və yerləşmə yetərli deyil. O, belə hesab edir ki, mənzilin kirayəsindən əldə edilən gəlir ipoteka üzrə aylıq ödənişləri qarşılamalıdır. Bakının timsalında bu tövsiyəni nəzərdən keçirək. Biləcəri qəsəbəsində yeni tikilidə yerləşən, sahəsi 80 kv metr olan yaxşı və ya əla təmirli 2-otaqlı mənzilin aylıq kirayəsi 300 AZN təşkil edir. “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən, sahəsi 70-80 kv metr təşkil edən analoji mənzilin aylıq kirayə haqqı 350-450 AZN arasında dəyişir. “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən, sahəsi 70-80 kv metr təşkil edən mənzillər üçün aylıq kirayə haqqı 500 AZN-dən başlayır. Əksər layihələrin 20 illik ipoteka və oxşar qiymətlər təklif etdiyini nəzərə alsaq, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən mənzilin daha yüksək kirayə haqqı hesabına ipoteka üzrə aylıq ödənişinin əhəmiyyətli hissəsini qarşılamaq olar.

İpoteka daim cəmiyyətdə qızğın müzakirə mövzusu olub. Biznesin Qızıl Qanunu ipotekanın xeyrinə dəlalət edir: Bu gün alınan məbləğ, sabah alınan eyni məbləğdən daha çoxdur (Leonardo Pizanskiy, Fibonaççi, 1202-ci il). “AS Group İnvestment” ictimaiyyəti biznesin Qızıl Qanunu və ipoteka haqqında “Zaman məfhumu ipotekanı sərfəli investisiya alətinə çevirir” məqaləsində geniş məlumatlandırıb. Məqalənin mahiyyəti bundan ibarətdir ki, zaman pulu dəyərsizləşdirir. Deməli, bu gün almaq, sabah almaqdan daha sərfəlidir.

Siz sual verə bilərsiniz ki, niyə görə məhz daşınmaz əmlak almaq lazımdır və niyə görə məhz indi? Şübhəsiz, daşınmaz əmlakın qiymətinin artımı onu sərfəli investisiya alətinə çevirir. 2000-ci ildə Bakıda bir kvadrat metr mənzilin qiyməti 250 dollar təşkil edirdi. Hal-hazırda bir kvadrat metr mənzilin ortalama qiyməti 1429 manat təşkil edir (Mərkəzi Bankın cari məzənnəsinə əsasən 947 dollar). Beləliklə, 2000-2016-cı illərdə Bakıda bir kvadrat metr mənzilin qiyməti 380% artıb. Müqayisə üçün qeyd edək ki, bu müddət ərzində Moskvada bir kvadrat metrin qiyməti 300%, Londonda – 200%, Parisdə - 180% artıb. Bu şəhərlər yüksək investisiya cəlbediciliyinə malik olduğundan, burada yüksək qiymət artımı müşahidə olunmuşdur. Kiyevdə 2006-2016-cı illərdə bir kvadrat metrin qiyməti 30% azalıb.

1995-2010-cu illərdə Avropa ölkələrində daşınmaz əmlak üzrə qiymət artımı:

 

İsveçrə Təhminən 10%
Avstriya Təhminən 40%
Danimarka 300%-dən çox
Norveç 350%-dən çox
İsveç 300%-dən çox
Belçika Təhminən 200%
Niderland 250%-dən çox


Bakının qiymət artımı templərinə görə bir çox ölkələri və şəhərləri qabaqlamasına tələbin əhəmiyyətli təsiri var. Belə ki, əgər Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən 2014-cü ildə Azərbaycanda adambaşına 19,9 kv m. mənzil düşürdüsə, Rusiyada bu rəqəm – 23,7 kv m., Çində - 32,9 kv m., Ukraynada – 24 kv m., ABŞ-da – 70 kv. metrdən çox olmuşdur. Azərbaycanın hətta Çinlə müqayisədə aşağı göstəricilərə malik olması yüksək tələbdən xəbər verir.
Beləliklə, əgər siz mənzil almaq qərarını vermisinizsə, şəhərin, ərazinin, evin inkişaf perspektivlərini, satış şərtlərini dərindən araşdırmalısınız. Məsələn, “Renessans Palace” ilkin ödənişi 30% olan 2 illik faizsiz daxili kredit təklif edir. Həmçinin ilkin ödənişi – 10%, illik dərəcəsi – 8% olan 20 illik ipoteka imkanı da var. Qeyd edək ki, 20 illik ipotekanın şərtləri demək olar ki, bütün şirkətlərdə eynidir, məhz buna görə daxili kreditin şərtlərinə və qiymətlərə daha çox diqqət yetirmək lazımdır.
Sonda qeyd edək ki, daşınmaz əmlakın digər investisiya alətləri qarşısında mühüm üstünlüyü “kvadrat metrlərin” fiziki mövcudluğudur. Donald Trampın sözlərinə görə öz vəsaitlərinin əsas hissəsini məhz daşınmaz əmlakda saxlayan varlı adamlar çox güman ki, sərmayə qoyan zaman məhz bu arqumenti rəhbər tutur.

1news.az

bizimyol.info