PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > Press

Keyfiyyətli tikilən yaşayış binasını necə müəyyən etmək olar?

fsd Keyfiyyətli tikilən yaşayış binası haqqında bizdə hansı təsəvvürlər var? Bu təsəvvürləri əhatə edən siyahını alıcının arzu və istəklərinə uyğun olaraq qısaltmaq və ya uzatmaq olar. Amma yalnız az sayda potensial alıcı yaşayış binasının tikilmə keyfiyyətinin müəyyən edilməsi yollarını bilir. Azərbaycanda təsdiq olunmuş tikinti standartları var və onlara riayət etmək keyfiyyətli mənzil tikmək anlamına gəlir.

Keyfiyyətli tikilən binanın bünövrəsi qrunt sularından müdafiəyə və seysmik dayanıqlığa malik olmalıdır. Adətən qrunt sularından müdafiə üçün drenaj sistemi qurulur, hidroizolyasiya işləri həyata keçirilir. Bəzi hallarda isə sadalananlarla yanaşı olaraq digər metodlardan da istifadə olunur. Nümunə olaraq Elmlər Akademiyası metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” yaşayış kompleksini göstərmək olar. Burada qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya ilə yanaşı olaraq, təməldə olan istinad divarlarının betonuna mayə şüşə əlavə olunub. Bu da nəmə və qrunt sularına qarşı üçqat müdafiəni təmin edir. Binanın zəlzələyə qarşı dayanıqlığının təmin edilməsi üçün, seysmik aktiv rayonlarda binanın hündürlüyü 72 metrdən artıq olmamalı, onun hündürlüyünün 1/10 hissəsi yerin altında qalmalıdır. Bu tələbin sayəsində evin altında yaranan məkandan faydalı istifadə etmək üçün tikinti şirkətləri yeraltı dayanacaqlar tikir. Məsələn, “Renessans Palace”-da 1500 avtomobil üçün nəzərdə tutulmuş 3-mərtəbəli yeraltı dayanacaq sakinlərin istifadəsinə veriləcək. Bununla da kompleksdə avtomobil dayanacaqları kimi aktual bir problem öz həllini tapacaq. Azərbaycanda avtomobil dayanacaqlarının sayı üçün normativlər mövcud olmasa da, Moskva üçün təsdiq edilmiş dövlət normativlərinə əsasən ekonom-klass tikililərdə hər mənzil üçün 1, komfort-klass tikililərdə – 1,7, biznes-klass tikililərdə ən azı 2 parkinq yeri olmalıdır.

Təhlükəsizlik mövzusunu davam etdirərək qeyd edək ki, standartlara əsasən avtomobil dayanacaqları olan mərtəbələrdə beton döşəmənin qalınlığı 20 sm, yaşayış mərtəbələrində isə 16 sm təşkil edir. Bununla yanaşı olaraq, qəbul olunmuş standartlara əsasən bir mərtəbədə yerləşən mənzillərin sahəsi 500 m² çox olmamalı, hər blokda ən azı iki lift olmalıdır.

Kompleksin memarlıq üslubu cəlbedici olmalıdır. Güclü tikinti şirkətləri hər bir tikilidə özəl memarlıq üslubu tətbiq edir, öz layihələrini fərqləndirməyə çalışır.

Tikinti standartları və memarlıq üslubu ilə tanış olduqdan sonra, tikinti materiallarının keyfiyyətinə diqqət yetirin. Qranitin baha olması səbəbi ilə Bakıda çox az tikili, xüsusən də yaşayış binası bu tikinti materialı ilə üzlənir. Halbuki qranit əsrlər boyu öz zahiri görünüşünü dəyişmir və estetik cəlbediciliyini qoruyub saxlayır. Məhz buna görə, “Renessans Palace”-ın kommersiya mərtəbələri qranitlə üzlənəcək. Yaşayış kompleksinin divarları isə beton bloklardan hörüləcək. Bu tikinti materialı adi kərpic və daşa nisbətən qat-qat bahalı olsa da istiliyi daha yaxşı saxlayır, mənzilin isidilməsi ilə bağlı xərcləri dəfələrlə azaldır.

Digər vacib məsələ mənzildə pəncərələrin sayıdır. 1-otaqlı mənzildə ən azı iki pəncərə olmalıdır ki, siz arzunuza uyğun planlama işlərini həyata keçirib, otaqların sayını artıra biləsiniz. Mənzillərdə tavanın hündürlüyü də önəmlidir. Amma burada məsələ binanın hansı seqmentə aid olmasından asılıdır. Məsələn premium-klassı təmsil edən “Renessans Palace”-da tavanın hündürlüyü 3,45 metrdir, halbuki premium-klass üçün bu tələb 3,2-3,3 metrdir. Biznes-klass mənzillərdə tavanın hündürlüyü üçün tələb 2,9-3,0 metr təşkil edir.

Ümumilikdə kompleksin infrastrukturu dərindən araşdırmalıdır. Yalnız yaşayış binasından ibarət komplekslərin erası artıq tarixə çevrilib. Müasir meqapolislərdə “bütün xidmətlər bir addımlıqda” konsepsiyası tətbiq edilir. Bakıda da bu konsepsiya əsasında inşa edilən yaşayış kompleksləri var. Bu tip komplekslərdə sakinlərin tələblərini ödəyə biləcək kommersiya və sosial yönümlü obyektlər, həyətyanı sahə olmalıdır. Təmiz havanı təmin edən yaşıllıqlar, uşaqların əylənməsi üçün uşaq meydançaları, idman qurğuları meqapolisin mərkəzində yaşayan insan üçün böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group İnvestment” Şirkətlər qrupu kompleksdə ümumi sahəsi 1,5 ha olan park yaradacaq. Burada yaradılacaq yaşıllıqlar, köşklər, tennis kortu, qaçış və velosiped yolları, idman qurğuları və idman meydançası sakinlərin sərəncamına veriləcək. Bundan əlavə, “Renessans Palace”-da mərkəzləşdirilmiş istilik sistemi qurulacaq, bu da sakinləri fərdi istilik sistemi qurmaqdan azad edəcək.

Beləliklə, biz sizi tikinti standartları və müasir meqapolis sakininin tələbləri haqqında məlumatlandırmağa çalışdıq. Sizə gələcək mənzil axtarışında uğurlar arzu edirik. Ümid edirik tövsiyələrimiz sizə seçim zamanı yardım edəcək.

 

KİV haqqımızda

bizimyol.info

1news.az

irevan-press.com

kreditplaza.az

marja.az