GƏLİRƏ YOL AÇAN İNVESTİSİYALAR
Əsas səhifə > Xəbərlər guşəsi > Xəbərlər

“AS Group Investment” öz həmyerlilərini Ramazan bayramı münasibəti ilə təbrik edir

Ramazan – orucluq ayı İslamın əsaslarını təşkil edən şəriətin əsas əmrlərindən biridir. Bu zaman hətta ən isti günlərdə müsəlmanlar ən sadə insan tələbatlarından (su və qidadan) imtina edib öz iradələrini nümayiş etdirməlidirlər. Bundan əlavə, onlar öz ruhlarının təmizliyini qorumalı, istənilən natəmiz fikirlərdən azad olmalıdırlar. Allah bu mübarizədə qalib gələnləri mükafatlandırar və oruc tutanın niyyətini həyata keçirər.

Ramazan ayında ruhi və cismani orucun tutulması insanın ruhuna və sağlamlığına çox müsbət təsirləri var. Bir çox psixoloji araşdırmalar vasitəsi ilə təsdiq olunub ki, əgər insan pis vərdişdən 18 saatlıq imtina edə bilərsə, onda onun günün yerdə qalan 6 saatında da bu vərdişdən azad olma ehtimalı çox yüksəkdir. Tədricən, bu məhdudiyyətin sayəsində, insan özü və davranışı üzərində nəzarət əldə edə bilər ki, bu da pis fikirlər və vərdişlərdən tam imtina etmək şansıdır.

Oruc zamanı dözüm – inkişaf etmiş şəxsiyyət, yetkin xasiyyət, iradə və qətiyyət əlamətidir.

İnsanın fiziki sağlamlığı üçün də oruc tutmaq çox vacibdir. Qida və sudan imtina bədənimizi yağ və karbohidratlara müraciət etməyə vadar edir. Beləliklə detoksikasiya və orqanizmin təmizlənməsi baş verir.

Bir neçə saatdan sonra Ramazan ayı başa çatır.

“ AS Group Investment” şirkəti dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərinə bayram təbriklərini çatdırır. Sizin ailələrinizə xoşbəxtlik, evlərinizə isə rüzi və bərəkət arzu edirik!

Allah orucunuzu qəbul etsin!