PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > News

Bakıda kommersiya sahələrinə tələbat artacaq

kmbBakıda kommersiya sahələrinə tələbat artacaq Bakı şəhərinin sürətlə böyüməsi müxtəlif növ istehlak malları və xidmətlərə olan tələbatı artırır. Məhz buna görə, şəhərin müxtəlif ərazilərində yeni ticarət mərkəzlərinin istifadəyə verilməsinə baxmayaraq, kommersiya sahələrinə olan tələbat orta və uzunmüddətli perspektivdə artacaq. Bunu, dünyaca məşhur “Sonae Sierra” şirkətinin apardığı bazar araşdırması da təsdiq edir. Qeyd edək ki, “Sonae Sierra” bazar araşdırmasını “Renessans Palace” premium klass yaşayış kompleksində yerləşən kommersiya sahələrinin logistikası, profili və sahəsini müəyyən etmək məqsədilə aparıb.

Araşdırmaya əsasən 2020-ci ilədək Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin orta illik artımı 8% təşkil edəcək. Əhalinin sıxlığına görə Bakı şəhərində 2-ci yerdə olan Yasamal rayonunda isə (1 km² ərazidə orta hesabla 12 min sakin yaşayır) iri ticarət mərkəzlərinə və obyektlərinə xüsusilə böyük ehtiyac var. Yasamal rayonunda 45% əhalinin yaşı 25-55 arasında dəyişir. “Renessans Palace”-ın “Elmlər Akademiyası” metro stansiyasından cəmi 500 metr məsafədə, əhalinin sıx məskunlaşdığı bir ərazidə yerləşməsi, burada mövcud olan kommersiya sahələrini xüsusilə cəlbedici edir. Belə ki, araşdırmaya əsasən 2018-ci ildə “Renessans Palace”-da yerləşən kommersiya obyektləri təqribən 256 min mal və xidmət alıcısını cəlb edəcək. Rəsmi statistika və ev təsərrüfatlarının büdcələrinə əsaslanan hesablamalar göstərir ki, “Renessans Palace”-ın ümumi əhatə dairəsində əhalinin xalis gəliri 1,7 mlrd. manat təşkil edəcək. Bu gəlirlərin 1,33 mlrd. manatı istehlaka, o cümlədən 755 mln. manat - ərzağın alınmasına, 580 mln. manat – sənaye məhsullarının alınmasına, məişət ehtiyaclarının ödənilməsinə və asudə vaxtın keçirilməsinə yönələcək.

Bu böyük tələbi nəzərə alaraq, “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu premium-klass yaşayış kompleksinin ilk iki mərtəbəsini kommersiya sahələri üçün nəzərdə tutub. Kommersiya sahələrinin konsepsiyasına əsasən “Renessans Palace”-da supermarket, tibb mərkəzi, uşaq bağçası, biznes mərkəzi, restoran, təhsil və səhiyyə müəssisələri, brend mağazalar yaradılacaq. Kommersiya obyektləri bütün növ kommunal xidmətlərlə, o cümlədən soyuq və isti su, mərkəzi istilik sistemi, qaz, elektrik, havalandırma, internet və telefon xətləri, yeraltı və yerüstü parkinq, yanğından mühafizə sistemi, mühafizə xidməti və müşahidə kameraları ilə təmin olunacaq.

Kommersiya obyektləri ətraf ərazilərdə yaşayan insanlarla yanaşı olaraq, “Renessans Palace” premium-klass yaşayış kompleksinin 4 mindən çox sakininə də xidmət göstərəcək. “Renessans Palace”-da tətbiq olunan “avtomobilsiz həyət” konsepsiyası həyətdə avtomobillərin hərəkətini qadağan edir. Avtomobillər xüsusi mühafizə olunan girişdən 3 mərtəbəli yeraltı dayanacağa daxil olacaq. 1,5 ha sahəsi olan parkda tennis kortu, idman meydançası, qaçış və velosiped zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. “Renessans Palace”-da mənzil alanlar arasında sahibkarların, top-menecerlərin, ziyalıların və həkimlərin olması kommersiya obyektlərinin cəlbediciliyini daha da artırır.

Kommersiya sahələri nağd və kreditlə satılır. 100% ödəniş zamanı endirim edilir. 2-illik kreditin minimal ilkin ödəniş 30% təşkil edir, kommersiya sahəsinin dəyərinin yerdə qalan hissəsi 24 aya bölünür. Satışla yanaşı olaraq, kommersiya obyektləri icarəyə də verilir. Əgər icarə müqaviləsi mövcud qiymətlərlə bağlanarsa, bir il sonra da sahibkarlar köhnə icarə qiymətləri ilə fəaliyyət göstərə bilər. Təmir müddətində icarə haqqı hesablanmır.

“Renessans Palace” premium-klass yaşayış kompleksi iş adamlarını kommersiya sahələrinin profili, logistikası və ərazisi ilə yaxından tanış olmağa dəvət edir.

Tel: +99450-265-86-50

 

25 yanvar, 2017