PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > News

“Renessans Palace” premium klass yaşayış kompleksinin tikintisi qrafik üzrə davam edir.

rp1-ci korpusun “A” və “B” bloklarında tikinti işləri artıq 11-ci mərtəbəyə çatıb, 5 yaşayış mərtəbələrinin çöl divarları termoizolyasiyalı beton bloklarla hörülüb. “C” blokunda tikinti işləri artıq 15-ci mərtəbədədir, 5 yaşayış mərtəbələrinin çöl divarları beton bloklarla hörülüb. “D” blokunda tikinti işləri 6-cı mərtəbədədir. “E” blokunda tikinti işləri artıq 9-cu mərtəbədədir, üç yaşayış mərtəbəsi beton bloklarla hörülüb.

2, 3 və 4-cü korpuslarda monolit dəmir-beton, həmçinin çöl divarların beton bloklarla hörülməsi işləri artıq başa çatıb.

Xatırladaq ki, 1 m² divarın termoizolyasiyalı beton bloklarla hörülməsi mışar daşından 4 dəfə, kərpicdən isə 3 dəfə baha başa gəlir. Amma termoizolyasiya xüsusiyyətləri sayəsində beton bloklar mənzili yayda sərin, qışda isti saxlayacaq. Bundan başqa, beton blokların üzərinə metal tor, suvaq, 1-ci qat mata, plastik tor, 2-ci qat mata, astar boya, tekstura boya və ən nəhayət 2-ci qat boya çəkiləcək.

“Renessans Palace” premium klass yaşayış kompleksinin tikintisi 2017-ci ilin 2-ci yarısında başa çatacaq.

 

13 mart, 2017