PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > News

“AS Group Investment”-in təsisçisi Şahin Mövsümov “Tərəqqi” medalı ilə təltif edilib

tereqqi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov “Tərəqqi” medalı ilə təltif edilib. “AS Group Investment”-in təsisçisinin bu ali mükafata layiq görülməsi dövlət başçısının sahibkarlığa verdiyi dəstək və göstərdiyi qayğının göstəricisi olmaqla yanaşı olaraq, “AS Group Investment”-in fəaliyyətinə verilən yüksək qiymətdir.

2003-cü ildə yaradılmasına baxmayaraq, “AS Group Investment” qısa müddət ərzində böyük uğurlara imza atıb. 2014-cü ildə “AS Group Investment” Tiflisdə regionun ən iri yaşayış kompleksinin – “Dirsi”-nin tikintisinin 1-ci mərhələsini uğurla başa çatdırdı. 2016-cı ildə Buzovna qəsəbəsində “Villa Siena” lüks klass villalar kompleksinin, bu ilin əvvəlində isə Mingəçevir şəhərində “Park Residence” premium klass yaşayış binasının tikintisi uğurla başa çatdırıldı. Bu günədək “AS Group Investment” mülki və inzibati binaların, sənaye obyektlərinin tikintisini, infrastruktur layihələrini əhatə edən 40-dək layihəni uğurla başa çatdırıb. 2017-ci ilin 2-ci yarısında “Renessans Palace” premium klass yaşayış binasının istismara verilməsi nəzərdə tutulub.

Bununla yanaşı olaraq, 20-dən çox rayonda həyata keçirilən su-kanalizasiya sistemlərinin qurulması, çirkab suların emalı üzrə qurğuların quraşdırılması layihələrində “AS Group Investment”-ə məxsus Yevlax dəmir-beton məhsulları zavodunda istehsal olunan beton elementlər geniş tətbiq olunub. Dəmir-beton məhsulları ilə yanaşı olaraq “AS Group Investment” beton, beton məmulatları və armokarkas istehsal edir. 230-dan çox inşaat və istehsalat texnikası daxili və digər təşkilatların ehtiyaclarını ödəyir.

2016-cı ildə “AS Group Investment” fəaliyyət sahəsini daha da genişləndirərək, Hövsan qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və ixracını əhatə edən Aqropark-ın yaradılmasına start verdi. İlkin mərhələdə Aqropark-da pomidor və çiyələk (o cümlədən Azərbaycanda ilk dəfə olaraq ağ çiyələk) istehsal olunacaq. İstehsal olunan məhsulun daxili və xarici bazarlara, o cümlədən Yaxın Şərq, Avropa İttifaqı, Rusiya və Qazaxıstana ixrac olunması nəzərdə tutulub.

1000-dən çox insan çalışdığı “AS Group Investment”-in kollektivi dövlət başçısının dəstəyi və gərgin əməyi ilə qarşısına qoyduğu bütün məqsədlərə nail olacağına əmindir!