Planlama mühəndisi
Elan qüvvədədir: 28.02.2021
5 il
Razılaşma yolu ilə
  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq Layihənin analiz edilməsi və  müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Pul axını üzrə analiz və prqnozların hazırlanması.

Təklif olunan iş şəraiti:
  • 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00-18:00.
  • Mühəndislik sahəsi üzrə ali təhsil;
  • Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 5 illik təcrübə;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır;
  • Layihə Planlama Proqramları (Primavera və ya Ms.Project) üzrə peşəkar biliklər;
  • Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarıqları;
  • Güclü analitik və məntiqi düşünmə bacarıqları;
  • İşgüzar səfərlərə ezam olunmaq imkanı.
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.