Dövlət və özəl sektorda müxtəlif təyinatlı layihələri uğurla icra edən “AS Group Investment” MMC-nin əsası 2003-cü ildə ilk əmtəə betonu istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin yaradılması ilə qoyulur. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” şirkətinin vahid çətiri altında birləşir.

Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olan “AS Group Investment” MMC-nin qısa zamanda uğur qazanmasının əsas sirri güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımıdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə icra etdiyi layihələri konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi öz törəmə şirkətlərinin dəstəyi ilə həyata keçirir.
“AS İnşaat” MMC tərəfindən xammal təchizatı, tikinti materiallarının istehsalı və tikinti işlərinin aparılması
İlk inşaat layihəsinin icrası. “Beton Plast”, “AS Saf Beton” və “AS Xəzər Beton” şirkətlərinin qurulması və əmtəə betonu və beton üçün kimyəvi əlavələrin istehsalı və satışı
“AS Tikinti” MMC şirkətinin yaradılması. "Gilan Dəri" şirkətinin sifarişi ilə Yevlaxda yerləşən dəri emali zavodunun tikintisi
“AS Nəqliyyat” MMC şirkətinin yaradılması
Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasının tikintisinin başlanması
"AS Georgia" MMC şirkətinin yaradılması
“AS Group Investment” şirkətlər qrupunun fəaliyyətə başlaması. “Besix Group” şirkəti ilə beynəlxalq əməkdaşlığın əsasının qoyulması. Dünya Bankının maliyyə dəstəyilə beynəlxalq layihənin həyata keçirilməsi
İlk beynəlxalq investisiya və inşaat layihəsi – Gürcüstan, Tbilisi “Dirsi" Yaşayış Kompleksi
Bakıda “Renessans Palace” Premium Yaşayış Kompleksinin inşaasına başlanması
Kənd təsərrüfatı sahəsi üzrə yeni biznes istiqamətinin fəaliyyətə başlanması – “AS Agro Co” MMC.
Yeni biznes istiqamətinin fəaliyyətə başlaması – “Fresh Logistics” MMC – beynəlxalq yük daşımaları şirkətinin təsis edilməsi
Pekində ”AS Group İnvestment” MMC və Çinin “CAMC Engineering Co., LTD” şirkəti arasında Strateji Əməkdaşlıq sazişinin imzalanması
“Fresh Logistics” MMC-nin Çinin “CAMC Engineering Co., LTD” şirkətilə “Azərbaycanda soyuducu maşınlar üçün logistika parkının inkişafı” müqaviləsinin imzalanması