Ağalı kəndinin II mərhələsinin zamanı reallaşdırılan yenidənqurma işlərini “AS Group”- un törəmə şirkəti olan “AS İnşaat” MMC həyata keçirib.
Layihəyə 2024-cü ilin may ayında başlanılıb. Kəndin açılışı 2025-ci il oktyabr ayının 28 – də baş tutub.
Ağalı kəndinin ikinci mərhələsi çərçivəsində ümumilikdə 103 ev istifadəyə verilib. Onlardan 55-i 12 sot torpaq sahəsində yerləşən ikiotaqlı fərdi yaşayış evləridir və hər birinin ümumi sahəsi 102,6 m² təşkil edir.
Digər 48 mənzil iki blokdan ibarət olan 3 ədəd “townhouse” tipli yaşayış binasında yerləşir. Hər bir binanın ümumi sahəsi 1220,3 m² təşkil edir. Ümumilikdə, bu binalarda 36 birotaqlı və 12 ikiotaqlı mənzil inşa edilib.
Kənddə bütün evlərə su, qaz və elektrik xətləri çəkilib, həm yaşayış, həm də qeyri-yaşayış binalarına müasir sayğaclar quraşdırılıb. Evlərin isidilməsi və isti su təminatı üçün kombilərlə təchiz olunmuş müasir isitmə sistemi yaradılıb.
Yaşayış zonası ilə yanaşı, kənddə ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park ərazisi 5 funksional zonaya bölünərək sakinlərin istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb. Ərazidə geniş yaşıllıq zolaqları formalaşdırılıb, müxtəlif ağac və kol bitkiləri əkilib.
Layihənin ümumi göstəriciləri aşağıdakı kimidir:
• Yeni layihələndirilən ərazi üzrə : 8178,9 m2
• Yaşıllaşdırma sahəsi : 39043,13 m2
• Yol, səki örtüklərinin sahəsi : 16750,50 m2
• Evlərin ümumi sayı: 103
• Fərdi yaşayış evlərinin sayı: 55
• Fərdi yaşayış evlərinin ümumi sahəsi: 5 643 m²
• Townhouse tipli binaların sayı: 3
• Townhouse mənzillərinin ümumi sayı: 48
- 1 otaqlı mənzillərin sayı – 36
- 2 otaqlı mənzillərin sayı – 12



