AS Group Maliyyə Komandasına təcrübəli Hesabatlılıq və Büdcələşdirmə üzrə Rəhbər axtarırıq. Bu rol holdinqin maliyyə idarəetməsində, büdcə proseslərinin təkmilləşdirilməsində və beynəlxalq standartlara uyğun hesabatlılığın təmin olunmasında mühüm rol oynayacaq.
Vəzifə Öhdəlikləri
· Aylıq, rüblük və illik IFRS hesabatlarının hazırlanması və auditi üçün lazım olan sənədlərin təqdim edilməsi;
· Hesabatlıq komandasının auditorlarla effektiv əməkdaşlığının təmin olunması;
· İllik büdcənin dəqiq hazırlanması üçün bütün bölmələrdən məlumatların toplanmasına rəhbərlik;
· Mənfəət və Zərər, Balans, Pul Axını, CAPEX və Likvidlik üzrə aylıq əsas hesabatların hazırlanması;
· Büdcə nəzarəti faylları və xərclərin bölgüsü üzrə hesabatların hazırlanması;
· Mənfəət və Zərər, Pul Axını üzrə proqnozların işlənməsi;
· Uzunmüddətli biznes planların hazırlanması və yenilənməsi;
· CFO üçün kommersiya bölmələrinin təqdim etdiyi biznes-case-lərin təhlili;
· Yeni mühasibat və audit standartlarının tətbiqinə nəzarət.
Tələblər
· Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya MBA);
· 3–5 il iş təcrübəsi (büdcələşdirmə, hesabatlılıq, maliyyə nəzarəti sahəsində);
· Xarici audit təcrübəsi arzuolunandır;
· ACCA sertifikatı üstünlükdür;
· Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək bilik;
· Güclü analitik düşüncə və detallara diqqət;
· Ünsiyyət, analitik və qərarvermə bacarıqları.
Biz təklif edirik
· Peşəkar komanda ilə əməkdaşlıq mühiti;
· Böyük transformasiya layihələrində iştirak imkanı;
· Karyera və inkişaf imkanları;
· Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya paketi;
· İş yeri: Bakı şəhəri, Z. Xəlilov küçəsi 576, Renessans Palace kompleksi;
· İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00.
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.