Korporativ Hüquqşünas
Elan qüvvədədir: 21.06.2026
3 il
Razılaşma yolu ilə
Vəzifənin məqsədi
Şirkətin hüquqi fəaliyyətinin effektiv idarə olunmasını təmin etmək, korporativ hüquqi riskləri minimuma endirmək, müqavilə və hüquqi sənədlərin düzgün hazırlanmasına və qanunvericiliyə uyğunluğuna nəzarət etmək.

İşin təsviri:

Müqavilələrin idarə olunması
· Müxtəlif növ müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizasının aparılması
· Müqavilələrin qanunvericiliyə və şirkət prosedurlarına uyğunluğunun təmin edilməsi
· Müqavilə risklərinin qiymətləndirilməsi və hüquqi rəylərin verilməsi
Korporativ hüquq işləri
· Şirkətin korporativ sənədlərinin hazırlanması və yenilənməsi
· Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması
· Şirkətin hüquqi maraqlarının qorunması və təmsil olunması
Hüquqi məsləhət və dəstək
· Şirkətin müxtəlif departamentlərinə hüquqi dəstəyin göstərilməsi
· Əmək, kommersiya və korporativ hüquq məsələləri üzrə məsləhətlərin verilməsi
· Daxili prosedur və siyasətlərin hüquqi baxımdan yoxlanılması
Risklərin idarə olunması və hesabatlılıq
· Hüquqi risklərin müəyyən olunması və minimallaşdırılması üzrə təkliflərin hazırlanması
· Hüquqi sənədlərin arxivləşdirilməsi və idarə olunması
· Görülən işlər üzrə hesabatların hazırlanması
Təhsil: Hüquq üzrə ali təhsil
Azərbaycan Respublikasının əmək, kommersiya və korporativ qanunvericiliyi üzrə biliklər
Bacarıqlar: Müqavilələrlə işləmək və hüquqi sənədlərin hazırlanması bacarığı
Analitik düşüncə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarığı 

Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür

İş şərtləri
· İş qrafiki: 09:00–18:00
 · Məşğulluq növü: tam ştat / 5 iş günü

Biz təklif edirik:
· Rəqabətli əmək haqqı
 · Stabil və peşəkar iş mühiti
 · Karyera və peşəkar inkişaf imkanları
 
 

Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.