AS Group Strategiya və Transformasiya Ofisinə təcrübəli Senior Strategy Consultant axtarırıq. Bu rol holdinqin biznes və insan kapitalı transformasiyasında, uzunmüddətli inkişaf strategiyasının qurulmasında və həyata keçirilməsində mühüm rol oynayacaq.
Vəzifə Öhdəlikləri
Strateji inkişaf planlarının hazırlanması və icrasında iştirak
Maliyyə modelləşdirmə, büdcə və investisiya təhlillərinin aparılması
Transformasiya proqramlarının və strateji layihələrin idarə olunması
KPI-ların müəyyənləşdirilməsi və monitorinqi
CEO, CFO və digər rəhbər şəxslər üçün strateji hesabat və təqdimatların hazırlanması
Bazar və sektor trendlərinin təhlili, rəqabət üstünlüklərinin müəyyənləşdirilməsi
Strateji sessiya və workshopların təşkili
Tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Olunması; MBA üstünlükdür)
7–10 il iş təcrübəsi (strateji planlaşdırma, transformasiya, maliyyə təhlili və konsaltinq sahəsində)
PMP sertifikatı (arzuolunandır), digər beynəlxalq sertifikatlar üstünlükdür
Change management və stakeholder management bacarıqları
Analitik düşüncə, maliyyə modelləri və BI alətlərində (Power BI, Tableau) təcrübə
Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dilləri biliyi
Biz təklif edirik
Böyük transformasiya layihələrində iştirak
Multikultural və peşəkar iş mühiti
Karyera və inkişaf imkanları
Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya paketi
Əgər siz strateji düşüncə tərzinə malik, transformasiya və inkişaf layihələrində təcrübəli mütəxəssissinizsə – AS Group komandasında sizə yer var!
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.