Vəzifənin məqsədi Şirkətin sosial media platformalarında effektiv iştirakını təmin etmək, brendin tanıtımını gücləndirmək, auditoriya ilə aktiv əlaqə yaratmaq və rəqəmsal marketinq strategiyalarının icrasını həyata keçirmək.
İşin təsviri
Sosial media idarəçiliyi · Instagram, Facebook, LinkedIn və digər platformalarda səhifələrin idarə olunması · Kontent planının hazırlanması və paylaşım qrafikinin icrası · Auditoriya ilə kommunikasiya və mesajların cavablandırılması
Kontent hazırlanması · Kreativ post mətnlərinin yazılması · Vizual və video kontentlərin hazırlanması üçün dizayner və videoqraf ilə koordinasiya · Sosial media trendlərinin izlənilməsi və tətbiqi
Reklam və kampaniyalar · Reklam kampaniyalarının idarə olunması · Kampaniyaların nəticələrinin təhlili və optimallaşdırılması · Brendin tanıtımı üçün kreativ ideyaların hazırlanması
Analitika və hesabatlılıq · Sosial media göstəricilərinin izlənilməsi və aylıq hesabatların hazırlanması · Engagement, reach və conversion nəticələrinin təhlili · Effektivliyi artırmaq üçün təkliflərin verilməsi
Təhsil: Marketinq, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil üstünlükdür Iş təcrübəsi: SMM sahəsində minimum 3 il iş təcrübəsi Bacar;qlar: Sosial media platformaları və reklam kabinetləri ilə işləmə bacarığı Dil bacarıqları: Azərbaycan və İngilis dillərində səlis yazı bacarığı, Rus dili üstünlükdür
İş şərtləri:
İş qrafiki: 09:00–18:00 Məşğulluq növü: tam ştat / 5 iş günü
Biz təklif edirik · Rəqabətli əmək haqqı · Kreativ və inkişaf yönümlü komanda ilə işləmək imkanı · Peşəkar inkişaf və təlim imkanları
Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini hr@asgroup.az elektron ünvanına göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.