Ağalı kəndinin II mərhələsinin zamanı reallaşdırılan yenidənqurma işlərini “AS Group”- un törəmə şirkəti olan “AS İnşaat” MMC  həyata keçirib.

Layihəyə 2024-cü ilin may ayında başlanılıb. Kəndin açılışı 2025-ci il oktyabr ayının 28 – də baş tutub. 

Ağalı kəndinin ikinci mərhələsi çərçivəsində ümumilikdə 103  ev istifadəyə verilib. Onlardan 55-i 12 sot torpaq sahəsində yerləşən ikiotaqlı fərdi yaşayış evləridir və hər birinin ümumi sahəsi 102,6 m² təşkil edir.

Digər 48 mənzil iki blokdan ibarət olan 3 ədəd “townhouse” tipli yaşayış binasında yerləşir. Hər bir binanın ümumi sahəsi 1220,3 m² təşkil edir. Ümumilikdə, bu binalarda 36 birotaqlı və 12 ikiotaqlı mənzil inşa edilib.

Kənddə bütün evlərə su, qaz və elektrik xətləri çəkilib, həm yaşayış, həm də qeyri-yaşayış binalarına müasir sayğaclar quraşdırılıb. Evlərin isidilməsi və isti su təminatı üçün kombilərlə təchiz olunmuş müasir isitmə sistemi yaradılıb.

Yaşayış zonası ilə yanaşı, kənddə ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park ərazisi 5 funksional zonaya bölünərək sakinlərin istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb. Ərazidə geniş yaşıllıq zolaqları formalaşdırılıb, müxtəlif ağac və kol bitkiləri əkilib.

Layihənin ümumi göstəriciləri aşağıdakı kimidir:

          •         Yeni layihələndirilən ərazi üzrə :    8178,9 m2

          •         Yaşıllaşdırma sahəsi :                   39043,13  m2

           •        Yol, səki örtüklərinin  sahəsi :    16750,50  m2

           •        Evlərin ümumi sayı:                     103

          •         Fərdi yaşayış evlərinin sayı:         55

          •         Fərdi yaşayış evlərinin ümumi sahəsi:   5 643 m²

          •         Townhouse tipli binaların sayı:              3 

          •         Townhouse mənzillərinin ümumi sayı:   48

 - 1 otaqlı mənzillərin sayı – 36

 - 2 otaqlı mənzillərin sayı  – 12

Контактная информация
asgroup.az/
office@asgroup.az
Zəngilan, Ağalı kəndi
(+994 12) 538 29 27/28