Zəngilan rayonunun Məmmədbəyli kəndinin yenidənqurma işləri “AS Group” şirkətlər qrupunun törəmə müəssisəsi olan “AS İnşaat” MMC tərəfindən həyata keçirilib.

Layihəyə 2024-cü ilin may ayında başlanılıb. Kəndin açılışı 2025-ci il oktyabr ayının 28 – də baş tutub. 

Layihə çərçivəsində ümumilikdə 51,6 hektar ərazidə 35770,31 m² tikinti sahəsində 188 ev inşa edilib. Onlardan 149-u birmərtəbəli, 39-u isə ikimərtəbəli evlərdir. Planlaşdırmaya əsasən evlərin 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beş otaqlıdır. Hər bir fərdi yaşayış evi üçün 12 sot həyətyanı sahə ayrılıb və 34 m²-lik köməkçi tikili inşa edilib.

Kəndin inzibati hissəsində hər birinin ümumi sahəsi 1220,30 m², zirzəmi sahəsi isə 390,20 m² olan iki ədəd çoxfunksiyalı inzibati bina tikilib.

İnfrastrukturun tam bərpası məqsədilə kənd ərazisində 185 ədəd işıq dirəyi, 4 ədəd 1000 kV-luq transformator, 34 su quyusu quraşdırılıb. Hər bir fərdi yaşayış evində otaqların sayına uyğun olaraq 4–6 ədəd, inzibati binalarda isə 52 ədəd 550 Vt-lıq günəş paneli quraşdırılıb.

Ərazidə müasir kommunikasiya infrastrukturu yaradılıb. Daxili yolların uzunluğu 5554,54 metr, yol və səki örtüklərinin ümumi sahəsi 86888,78 m², içməli su xəttinin uzunluğu 6266 metr, suvarma xəttinin uzunluğu 4325 metr, məişət kanalizasiya xəttinin uzunluğu 3933,8 metr, qaz xəttinin uzunluğu 6755 metr, yüksək gərginlikli (35 kW) elektrik kabel xəttinin uzunluğu isə 18228 metr təşkil edir.

Bundan əlavə, Ağalı istiqamətinə keçidi təmin edən 2 hərəkət zolaqlı tunel inşa olunub.

Kənddə ümumilikdə 212 592 m² sahəni əhatə edən geniş yaşıllıq zonası salınıb.

Məmmədbəyli kəndində tarixi motivləri özündə əks etdirən xüsusi su bulağı da inşa edilib. Bulağın memarlıq forması kənd ərazisində 1305-ci ildə Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə tikilmiş türbədən ilhamlanaraq hazırlanıb və həmin türbənin kiçildilmiş modeli şəklində layihələndirilib.

 

Məlumat:

Kəndin ümumi ərazisi       51.6 ha

Evlərin sayı:

-        188 ədəd Fərdi yaşayış evi o cümlədən;
 
-        2 otaqlı evlər - 39 ədəd yaşayış sahəsi (72.71 m²)
 
-        3 otaqlı evlər - 55 ədəd yaşayış sahəsi (102.3 m²)
 
-        4 otaqlı evlər- 55 ədəd yaşayış sahəsi (128.94 m²)
 
-        5 otaqlı evlər- 39 ədəd yaşayış sahəsi (179.35 m²) 
 
-        İnzibati binalar - 2 ədəd (ümumi sahə 1220.30 m²)

 

Daxili yolların uzunluğu:   -  5 554.54 m

Yaşıllıq sahəsi:                   -  212 592 m²

Transformatorlar :              -  4 ədəd (1000 kV)

Günəş panelləri:                 -  Hər evdə 4–6 ədəd, inzibati binalarda 52 ədəd

Tunel:                                   - 1 ədəd, 2 hərəkət zolaqlı

 

Контактная информация
asgroup.az/
office@asgroup.az
Zəngilan rayonu, Məmmədbəyli kəndi
(+994 12) 538 29 27/28