“AS Group Investment” şirkəti qardaş Türkiyəyə bu acı günlərdə dəstəkdir

10.02.2023
“AS Group Investment” şirkəti TÜİB (Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi)  üzvü olaraq “Qardaş Köməyi” platformasına qoşularaq Türkiyə Cümhuriyyətinin yaşadığı bu ağır günlərində onlara dəstəkdir. Şirkət təbii fəlakət nəticəsində evsiz-eşiksiz qalan insanların bir qism tələbatının ödənilməsi üçün yorğan, yastıq, kişi, qadın və uşaqlar üçün isti geyimlər, bundan başqa generatorlar və fənərlərlə dolu humanitar yardımdan ibarət TIR maşınını 09 fevral, 2023-cü il tarixində zəlzələdən zərər çəkən Adıyaman şəhərinə yola salıb. Humanitar yardım Adıyaman şəhərində fəlakət və fövqəladə halların idarə olunması başqanlığına (AFAD) təhvil veriləcək. Qardaş Türkiyəmizin acısına şərik olan “AS Group Investment”  həyatını itirənlərə Allahdan rəhmət, qalanlara sağlıq diləyir.