“AS Group”un törəmə şirkəti olan “AS İnşaat” MMC tərəfindən inşa olunan Ağalı kəndi BMT-nin diqqət mərkəzində

25.02.2026
Zəngilanın Ağalı kəndi Birləşmiş Millətlər Təşkilatının "Qida və Kənd təsərrüfatı Təşkilatı" (UN, FAO) tərəfindən təbii irsin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və dayanıqlı kənd inkişafına verdiyi töhfəyə görə "Model Kəndlər Şəbəkəsinə" daxil edilib.

Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Ağalı kəndi ölkəmizdə həyata keçirilən “Ağıllı kənd” konsepsiyasının ilk nümunələrindən biri kimi formalaşdırılıb. Layihə çərçivəsində yaşayış evləri və mühəndis-infrastruktur qurğuları “AS İnşaat” MMC tərəfindən inşa edilib. Tikinti prosesi müasir şəhərsalma prinsipləri, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq meyarları əsasında həyata keçirilib.

Bu uğur ölkəmizdə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir.