Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Kamandan Oxatma üzrə beynəlxalq turnir

19.05.2023
19 may 2023-cü il tarixində Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirə start verilidi. Azərbaycan, Kazaxıstan, Rusiya və Gürcüstandan olan komandaların iştirak etdiyi turniri açılış sözü ilə başlayan Azərbaycan Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev komandaları salamlayaraq yarışda onların hər birinə uğurlar arzuladı.  30 və 70 metr məsafədə kamandan oxatma üzrə turnir Şağan Olimpiya Kompleksində keçirilir. Yarış 20 may tarixində qaliblərin mükafatlandırma mərasimi ilə tamamlanacaq.