“AS Istehsalat” MMC-nin Yevlax istehsalat bazasında müxtəlif ölçülü və tipli, çıxıntılı, təzyiqsiz dəmir-beton boruları  və dəmir-beton quyuları istehsal edilir.   
 
Beton borularda çıxıntı hissəsinin rezin örtüyü boruların tam germetik birləşməsini təmin edir və quyular 1200 və 1000 mm ölçülərində istehsal olunur. Quyu (halqa və ya bir neçə halqadan), dib quyusu isə quyu başlıqları və quyu lyukundan ibarət olur.
 
Müştərinin sifarişinə əsasən dib quyuları müxtəlif çıxışlı, üzbəüz yerləşən 2-çıxışlı və ya 4-çıxışlı şəklində quraşdırılan boru kəmərləri üçün də hazırlana bilər.
 
Texniki göstəricilər və digər haqqında daha ətraflı məlumat almaq üçün məhsul kataloqumuzu yükləyə bilərsiniz.