"AS İstehsal" MMC-nin istehsal etdiyi, müxtəlif təyinatlı obyektlərin tikintisində istifadə olunan termobloklar tikinti şirkətləri və fərdi şəxslər arasında ən çox tələb olunan tikinti materialıdır. Vibro presləmə texnologiyası ilə hazırlanan beton məmulatlarının tərkibi iridənəli qum, otsev və keyfiyyətli sementdən ibarətdir. 

Divar bloklarının daxilindəki boşluq onun çəkisinin yüngül olması və daşınma xərclərinə qənaət etməyə imkan verir. Şirkətin istehsal etdiyi və sertifikatlaşdırdığı möhkəm divar blokları həmçinin istilik izolyasiyasına da malikdir. "AS İstehsalat" MMC-nin istehsal etdiyi və zəmanət verdiyi termobloklar temperatur dəyişikliliyinə və günəş şüalarının təsirinə qarşı davamlıdır.